Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 19:20

ABŞ və Cənubi Koreya Pxenyanı danışıqlara çağırıb


ABŞ prezidenti Barak Obama və onun Cənubi koreyalı həmkarı Şimali koreyanı nüvə danışıqlarına qayıtmağa çağırıblar. İki ölkə rəsmisi eyni zamanda bildirib ki, indi Pxenyan üçün təxribatçı münasibətləri dayandırmağın zamanıdır.

Seulda keçirilən danışıqlardan sonra Cənubi Koreya prezidenti Li Myunq-bak deyib ki, Şimali Koreya əgər nüvə silahı istəyindən dönərsə, xeyli iqtisadi yardıma ümid edə bilər.

Barak Obama ilə koreyalı həmkarı həm də iki tərəfli ticarət sahəsində münasibətləri inkişaf etdirməyə razılaşıblar.

Cənubi Koreya - Obamanın Asiya ölkələrinə 9 günlük səfərində sonuncu dayanacağıdır.
XS
SM
MD
LG