Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Rusiyada insan haqlarının vəziyyəti narahatlıq doğurur


İsveçin baş naziri Fredrik Reynfeldt bildirib ki, Rusiyada insan haqlarının vəziyyəti narahatlığı artırır.

Hazırda Avropa Birliyinə sədrlik edən İsveçin baş naziri bunu Stokholmda keçirilən Avropa Birliyi-Rusiya sammitindən sonra deyib.

Rusiya prezidenti Dimitri Medvedev isə Avropa Birliyi ilə yeni tərəfdaşlıq və əməkdaşlıq müqaviləsinin yaxın zamanlarda yekunlaşdırılacağına ümidlə yanaşdığını deyib.

Ötən il Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Avropa Birliyi ilə Rusiya arasındakı münasibətlər gərginləşib.
XS
SM
MD
LG