Azərbaycanın cənub bölgəsində yağan intensiv yağışlar nəticəsində Masallı rayonunun Təklə kəndinin ərazisinin bir hissəsi su altında qalıb. Həyətlərdə su bir metrdən yuxarı qalxıb. Yağışların davam etməsi təhlükəni artırır.
Masallı rayon İcra Hakimiyyətinin nümayəndələri hadisə yerində olublar. Vəziyyətin aradan qaldırılması üçün tədbirlər görülür.
Bu il sentyabrın 27-28-də də sel suları nəticəsində Masallıda 500 ev ziyan çəkmişdi. Əhaliyə dəymiş ziyanın nəticələri bu günə qədər aradan qaldırılmayıb.