Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:51

Gürcüstan və NATO rəsmiləri görüşür


Noyabrın 18-də Brüsseldə Gürcüstan və NATO rəsmiləri görüşür. Gürcüstan nümayəndə heyətinə baş nazir və Avropa və Avro Atlantik məkana inteqrasiya naziri Giorqi Baramidze rəhbərlik edir.

NATO-dan bildiriblər ki, Gürcüstan rəsmiləri həmçinin səfirlər səviyyəsində keçiriləcək iclasda da iştirak edəcək.

NATO Gürcüstanın quruma mümkün qoşulmasını dəstəkləyir, ancaq hələlik bütün tələblərə cavab vermədiyini deyir.

Gürcüstan və Ukraynanın NATO-ya qoşulmağa can atması Rusiya ilə NATO arasında münasibətlərin gərginləşməsinə səbəb olur. Moskva bu yaxınlaşmaya etiraz edir.

NATO Moskva ilə danışıqları ötən ilin avqust ayındakı Rusiya-Gürcüstan münaqişəsindən sonra dayandırmışdı, yazda münasibətlər bərpa olunub.
XS
SM
MD
LG