Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Noyabrın 9-u Dövlət Bayrağı Günü oldu


Bundan sonra hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi bayram ediləcək. Bu barədə prezident İlham Əliyev sərəncam verib.

Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.

Sərəncama görə həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunur.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti indiki üçrəngli və ayulduzlu bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı elan edib.

Prezident Əmək Məcəlləsinə də dəyişiklik olunması üçün parlamentə təklif göndərib. Artıq Parlamentin Sosial Siyasət Komissiyası bu təklifi bəyəndiyini deyib və yaxın günlərdə Milli Məclis Məcəlləyə dəyişiklik edərək hər il noyabrın 9-un Dövlət Bayrağı Günü kimi ölkədə qeyri-iş günü olduğunu elan edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG