Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

90 yaşlı qoca 57 adamı öldürməkdə ittiham olunur


Almaniyada Hitlerin SS dəstəsinin üzvü olmuş 90 yaşlı qocanı 60-a yaxın yəhudini öldürməkdə ittiham edirlər.

Prokurların qaldırdığı cinayət işində qeyd edilir ki, o, İkinci Dünya müharibəsinin başa çatmasına az qalmış əmək düşərgəsində saxlanan ən azı 57 yəhudini güllələyib.

Adı elan olunmayan bu qocanın öldürdüyü yəhudilərin cəsədlərinin qalıqları 1995-ci ildə bir kütləvi məzarlıqda tapılıb. İndi qocanın yaşadığı Duisburg şəhər məhkəməsi prosesin nə vaxt başlaması barədə qərar verməlidir.
XS
SM
MD
LG