Azərbaycandan Əfqanstana Bakı-Bəhram reysi ilə uçan "İl-76" markalı yük təyyarəsi Bakı hava limanında məcburi eniş edib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, təyyarə havada olarkən qəza şəraiti yaranıb. Göyərtəsində 9 heyət üzvü olan təyyarə dünən saat 19:32-də hava limanında məcburi eniş edib. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, qəza şəraitinə səbəb təyyarənin şassilərinin birində yaranmış nasazlıq olub.