Praqada Məxməri inqilab
1989-cu il noyabrın 17-də Praqanın mərkəzində tələbələrin nümayişləri başladı. Polisin təqzyiqləri ilə müşahidə olunan etirazlar bir neçə gün ərzində bütün Çexoslavakiyanı bürüdü. Artıq noyabrın 23-də 300 min insanın toplaşdığı mitinqdə “Bəsdir, boğaza yığıldıq!” deyən izdihama məşhur dissident-yazıçı Vatslav Havel müraciət edir. Tarixə Məxməri İnqilab adı ilə düşən bu hadisələr 40 il ölkədə mövcud olan kommunistunist rejiminin süqutu ilə nəticələndi. Vatslav Havel tezliklə ölkənin prezidenti seçilir.