Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:56

Aclıqdan əziyyət çəkənlərin sayı artır


Noyabrın 16-da başlanan Beynəlxalq Roma Sammitində aclıqla mübarizə tədbirləri müzakirə edilir. Sammitə dünyanın 60-dan çox dövlətinin rəhbər şəxsləri, kənd təsərrüfatı nazirləri və başqa rəsmiləri qatılır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyi tərəfindən təşkil edilən sammit 3 gün davam edəcək.

Tədbirin açılşında çıxış edən BMT-nin Baş Katibi Ban-Kİ Mun deyib ki, “bu gün yaaranan ərzaq böhranı sabah üçün bir xəbərdarlıq zəngi olmalıdır”.
BMT-nin Ərzaq Agentliyinin məlumatına görə, dünyada aclıqdan əziyyət çəkənlərin sayı son illərdə iqtisadi böhranın təsiriylə daha sürətlə artır.
XS
SM
MD
LG