Birləşmiş Ştatlar Əfqanıstanda qalmaqda maraqlı deyil. Amerika bir neçə məqsədə, o cümlədən Əl-Qaidə terror şəbəkəsini yox etmək, Əfqanıstanda bir daha terrorçuların təhlükəsiz sığınacağına çevrilməyəcəyinə əmin olmaq kimi məqsədlərə çatan kimi bu ölkəni tərk edəcək. Bunu ABŞ-ın dövlət katibi Hillari Klinton deyib.
Amerika televiziyasına müsahibəsində Klinton onu da vurğulayıb ki, ABŞ Əfqanıstan prezidenti Həmid Kərzainin və onun hökumətinin indikindən daha yaxşı işləmək imkanında olduğuna inanır.