Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:40

Obama Çinə gedir


ABŞ prezidenti Barak Obamanın Çinə ilk səfəri başlayır. O əvvəlcə Şanxay universitetində tələbələrlə görüşəcək. Prezident tələbələrin suallarına cavab verəcək. Görüşün televiziya ilə canlı yayımına Çin rəsmilərinin icazə verib-verməyəcəyi hələlik məlum deyil. Bundan sonra isə Obama Şanxaydan Pekinə gələcək. O burada həmkarı Hu Tzintao ilə görüşəcək.

ABŞ rəsmilərinin sözlərinə görə, Obama ticarət, İran və Şimali Koreyanın nüvə proqramları və iqlim dəyişikliyi məsələlərində əməkdaşlıq etmək məqsədilə Çin rəhbərliyi ilə yaxşı əlaqələr qurmaq istiqamətindəki səylərini davam etdirəcək. Amerika prezidenti Çində insan hüquqları məsələsini də qaldırmaq fikrindədir.

XS
SM
MD
LG