Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:57

Diffamasiya və ifadə azadlığı müzakirə olunur


Bu gün «Azərbaycanda diffamasiya və ifadə azadlığı» mövzusunda konfrans işinə başlayıb. Konfransın təşkilatçısı Avropa Şurası və Mətbuat Şurasıdır.

Avropa Şurasının Bakı nümayəndəliyindən verilən məlumata görə, konfransda Azərbaycanda ifadə azadlığının vəziyyəti, diffamasiya haqqında qanunun qəbulu və ya digər qanunvericilik dəyişikliklərinə olan ehtiyac məsələləri ətrafında müzakirələr aparılacaq.

XS
SM
MD
LG