Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:06

Liderlər yeni iqtisadi inteqrasiya modelinə çağırıblar


Asiya-Sakit Okean regionunun liderləri dünya iqtisadiyyatını gücləndirmək üçün yeni beynəlxalq iqtisadi inteqrasiya modeli hazırlamağa çağırıblar.

Liderlər Sinqapurda keçirilən sammitdə bildiriblər ki, iş adamları böhranın səngidiyini görüb köhnə yola dönməməlidirlər.

Dünya ölkələri qadınlar və kiçik biznes də daxil olmaqla cəmiyyətin bütün təbəqəsinin imkanlarını artırmaq, ətraf mühitin qayğısına qalmaq və yoxsulluğa qarşı mübarizə aparmaqla güclü, sabit və balanslı iqtisadi artım yönündə əməkdaşlıq etməlidirlər.

Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində 20-dən çox ölkənin lideri iştirak edib.
XS
SM
MD
LG