Daxili işlər naziri Bəşir Atalay parlamentə Ərdoğan hökumətinin «Demokratiya və qardaşlıq layihəsi» haqda məlumat verib. Sonra kürsüyə çıxan kürd təmayüllü Demokratik Toplum Partiyasının sədri Əhməd Türk ölkənin unitar strukturu içində kürdlərin haqlarının konstitusiya ilə təminat altına alınmasını tələb edib. Partiyasının parlament qrupu adından çıxış edən müxalifətdəki Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Baxçalı isə deyib ki, «kürd layihəsi» ölkədən kənarda hazırlanıb. O, Ərdoğan hökumətini «terror təşkilatı ilə danışıqlar apararaq Türkiyəni parçalanmağa doğru aparmaqda» günahlandırıb. Baxçalı «kürd məsələsi»nin həlli üçün əsas 2 şərti vacib sayır: terrorçuların silahlarını buraxıb dövlətə təslim olmalarını və bölgənin iqtisadiyyatının gücləndirilməsini. Parlamentdəki müzakirədə çıxış edən ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal da həmin layihənin Türkiyəni bölünməyə apardığını iddia edib. D.Baykal iqtisadi cəhətdən zərər də olsa, hökuməti ölkənin cənubi-şərq bölgəsinə təcili investisiya qoymağa çağırıb. Baykal baş nazir Ərdoğana «Sənin bircə dəfə ürəkdən «Türk milləti» deməyini gözləyirəm», - deyə müraciət edib. Müxalifətin tənqidlərinə hökumət adından cavab verən Baş nazir Rəcəb Tayyip Ərdoğan CHP və MHP-ni ölkə problemlərindən xəbərsiz olmaqda günahlandırıb. Ərdoğan Türkiyənin 81 vilayətini dolaşaraq «Demokratiya və qardaşlıq layihəsi»ni xalqa izah edəcəklərini deyib. Onun ana müxalifət partiyasını nəzərdə tutaraq «Çığırmaq üçün şəhidlərin sayının artmasını gözləyirlər» sözünə etiraz edən CHP millət vəkilləri iclası tərk ediblər… |
AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib
Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.
Ətraflı məlumat üçün bura klikləyin.
Azadlıq Trend
1