Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 21:43

Barak Obama Sinqapura gedib


ABŞ prezidenti Barak Obama Orta Asiya ölkələrinə səfəri çərçivəsində Yaponiyadan Sinqapura gedib.

O Yaponiyada çıxış edərkən beynəlxalq problemlərə toxunub.

Obama bildirib ki, Birləşmiş Ştatlar Asiyada təhlükəsizliyin təmin edilməsində yaxından iştirak edəcək, Çinlə əməkdaşlığı dərinləşdirəcək.

Obama qeyd edib ki, Çinin inkişafı millətlərin birliyində güc mənbəyi ola bilər və biz ona görə də strateji və iqtisadi dialoq, habelə hərbi əlaqələrimizin dərinləşməsinə çalışacağıq.

Obama bir daha Pxenyanı onun nsüvə proqramıyla bağlı çoxtərəfli danışıqlara dönməyə çağırıb.

Barak Obama Sinqapura Asiya Sakit Okean iqtisadi sammitində iştirak etmək üçün gedib.
XS
SM
MD
LG