Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:26

Azərbaycan qazının Qara dəniz vasitəsilə Avropaya nəqli nəzərdən keçirilir


Azərbaycan tərəfi Kulevidə sıxılmış qaz terminalı tikəcək
Azərbaycan tərəfi Kulevidə sıxılmış qaz terminalı tikəcək
Azərbaycan qazının Gürcüstanın Kulevi terminalından sıxılmış variantda Qara dənizdən keçməklə Avropa ölkələrinə nəqli yolları nəzərdən keçirilir.

Bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verib.

«Kulevidən qazın gəmilərdən istifadə etməklə Rumıniya və Bolqarıstana nəqlinə dair danışıqlar aparılır. Buradan isə təbii qaz kəmərlər vasitəsilə Avropa bazarlarına ötürüləcək».

R.Abdullayev deyib ki, bu layihə ARDNŞ və «Bulgargaz» şirkəti arasında imzalanmış memorandum çərçivəsində həyata keçiriləcək.

Azərbaycan tərəfi Kulevidə sıxılmış qaz terminalı tikəcək. / APA /

Azərbaycan 2011-2012-ci illərdə Bolqarıstana 1 mlrd. kubmetr həcmində qaz ixrac edəcək.

Bu barədə razılaşma noyabrın 13-ü Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı imzalanıb.
XS
SM
MD
LG