Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:50

İlin sonuna qədər əfv fərmanı ola bilər


Azərbaycanda ilin sonuna qədər əfv fərmanı imzalana bilər.

Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü, millət vəkili Elmira Axundova bunu istisna etməyib. «Əfv üçün məhbuslardan daxil olan ərizələrə baxılıb və komissiyaya təqdim olunub. İlin sonlarında əfv fərmanının imzalanacağı gözlənilir».

Millət vəkili onun özünə yüzə yaxın məhbusun əfv üçün müraciət etdiyini qeyd edib.

1994-cü ildən indiyədək imzalanmış 45 əfv fərmanı ilə 4858 şəxs cəzadan azad edilib. Fərmanların 13-ü İlham Əliyev, 32-si isə mərhum Prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 Amnistiya Aktı 40 min məhkuma şamil olunub. /Trend/
XS
SM
MD
LG