14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd edilir.
Hazırda dünyanın 155 ölkəsində bu gün qeyd edilir və əsasən maarifləndirmə xarakteri daşıyır
Dünyada diabet xəstəliyindən əziyyət çəkənlərin sayının artmasını əsas tutan Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyası dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etmək məqsədi ilə 1991-ci ildə diabet gününün xüsusi tarixlə qeyd edilməsi ideyasını ortaya atdılar. O gündən bəri 14 noyabr Diabet Günü kimi qeyd edilir. 2007-ci ildə isə BMT-nin 61/225 saylı qətnaməsi ilə bu tarix beynəlxalq təşkilatın təqviminə daxil edilib.
Diabet hər il ən az bir milyon insanın ölümünə səbəb olur ki, bunların da çoxu inkişaf etməkdə olan ölkələrdə baş verir və bu insanlar dünyalarını gözləniləndən daha tez dəyişirlər. Diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər.
BMT Baş katibi bu ilki müraciətində Ümumdünya Diabet Günündə beynəlxalq ictimaiyyəti və beynəlxalq inkişaf agentliklərini inkişaf etməkdə olan ölkələrdə diabetin qarşısının alınmasına və səhiyyə xidmətindən istifadənin artırılmasına dəstək verməyə çağırıb.