Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:06

«Ruslardan pis yaşayan yoxdur!»


Y. Korobyovski, T. Yəhyayev «SİTA»nın xüsusi müxbirləri. 25 dekabr 1990.

«Azərbaycanın xalq deputatlığına bu yaxınlarda keçirilən seçkilərin nəticələri bir çox müşahidəçiləri təəccübləndirmişdir. Bir sıra respublikalarda xalq cəbhələri hakimiyyət başına gəldikləri halda AXC məğlubiyyətə uğramışdır. Respublikanın parlamentində aparıcı mövqeyi yenə kommunistlər tuturlar. Respublikanın prezidenti, Azərbaycan KP MK-nın birinci katibi A. Mütəllibovla söhbətin mövzusunu da məhz bu siyasi mövqe bölgüsünün nədən irəli gəlməsi təşkil etməkdədir.

- Yoldaş Mütəllibov, bildiyimizə görə, məğlubiyyətə uğramış müxalifət hakimiyyət orqanlarını düz hərəkət etməməkdə təqsirləndirir?

- Xalq Cəbhəsinin nümayəndələri bütün seçki məntəqələrində olmuş, hətta başqa şəhərdən müşahidəçilər dəvət etmişdilər. Görünür, ümid edirdilər ki, biz icazə verməyəcəyik və qalmaqal qopacaqdır. Seçkilər demokratik ruhda keçmişdir. Müxalifətçilər əməli yol tutmadıqlarını nümayiş etdirmişlər, Kommunist Partiyası isə yeganə birləşdirici qüvvə olaraq qalır. Hər halda biz müxalifətçilərin bir çox şüarlarının mənasızlığını inandırıcı şəkildə sübut edə bilmişik. Məsələn, şüarlardan biri belədir: «Rədd olsun imperiya!». Hansı imperiyadan söhbət gedə bilər? Ruslardan pis yaşayan yoxdur!

«ORDA SAĞLAM DÜŞÜNCƏLİ İNSANLAR VAR»

- Buna baxmayaraq bu gün hamının rəyinə qulaq asmaq həmişəkindən daha vacibdir...


- Hazırda Respublikada əllidən çox partiya vardır. Çox ümid edirəm ki, biz milli həmrəylik komitəsi yarada biləcəyik. Əlbəttə, müxalifətçilərlə hələ respublikanın əvvəlki rəhbərliyi dövründə - Xalq Cəbhəsinin yarandığı dövrdə ünsiyyət yaratmaq lazım idi. Bu cəbhənin tərkibi qeyri-yekcins olsa da, orda sağlam düşüncəli insanlar da var.

- Yoldaş Mütəllibov, Sizcə, iqtisadi sabitliyə necə nail olmaq mümkündür?

- Hazırda o, siyasi sabitlikdən asılıdır. Partiyalar, qruplar, cəbhələr üz-üzə gəlmişlər. Son vaxtlar respublika tətillər, mitinqlər üzündən, intizamın pozulması üzündən təqribən 1.5 milyard manat zərərə düşüb. Yeri gəlmişkən deyim ki, ittifaq müqaviləsində respublikalardan birinin digərinə qarşı ərazi iddiaları irəli sürüləcəyi təqdirdə federasiyanın buna necə münasibət bəsləməli olduğu əsla göstərilməyib. Bu mücərrəd anlayış deyildir, bu rejimin reallığıdır.

- Görünür, indi prezident hakimiyyətinin təsis edilməsi də sabitləşdirici amildir, eləmi?

- Rəmzi prezident hakimiyyəti yox, əsl prezident hakimiyyəti lazımdır. Hər işdə demokratiya gözləmək, əlbəttə vacibdir, amma elə şeylər var ki, onlar prezidentin özünə etibar edilməlidir. Prezident millətin, dövlətin mücəssəməsidir. Asayişin təminatçısıdır. Əgər həlledici məqamda o bir hökm verirsə, bu hökm sözsüz yerinə yetirilməlidir. Biz hamımız bunun uğrunda çalışmalıyıq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG