Azərbaycanda A/H1N1 virusuna («donuz qripi») yoluxmuş daha bir xəstə bu gün evə buraxılıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sektor müdiri Viktor Qasımov bildirib. 7 nömrəli Birləşmiş Uşaq Yoluxucu Xəstəxanasından evə yazılan şəxs tam sağalmış vəziyyətdədir. Beləliklə, hazırda xəstəxanada stasionar şəraitdə müalicə alan cəmi 1 virusa yoluxmuş xəstə qalıb. V. Qasımov deyir ki, hazırda həmin xəstənin durumu kafidir, sağlıq durumunda müsbət dinamika hiss olunur. / APA / |
Azadlıq Trend
1