Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:47

Yaponiya Əfqanıstana 5, Pakistana 1 milyard dollar yardım söz verdi


ABŞ prezidenti Barak Obama və Yaponiyanın baş naziri bu gün Tokyoda ölkələrinin təhlükəsizlik alyansını, Əfqanıstanı, nüvə silahının yayılmamasını və iqlim dəyişmələrini müzakirə etdiklərini bildiriblər. Danışıqlardan sonra mətbuat konfransında onlar deyiblər ki, 50 illik ABŞ-Yaponiya münasibətlərinə yenidən nəzərə salıblar.

Obama bildirib ki, Yaponiyanın baş naziri ona Əfqanıstan məsələsində ölkəsinin ABŞ-ın yanında olduöunu deyib:

- Baş nazirlə mən bizim Əfqanıstan və Pakistan problemlərinin həllində əməkdaşlığımızı müzakirə etdik. Mən Əfqanıstanda vətəndaş təşəbbüslərinin dəstəklənməsi üçün qarşıdakı beş ildə 5 milyard, Pakistana isə 1 milyard dollar ayırmağa söz verdiyi üçün baş nazirə və Yaponiya xalqına təşəkkür etdim.

Yaponiya Əfqanıstana yük daşıyan gəmiləri daha yanacaqla təmin etməyəcəyini, amma bu ölkəyə mülki yardımları artıracağına söz verib.

Yaponiya Barak Obamanın Asiyaya doqquz günlük səfərinin ilk duracağıdır. O, Sinqapur, Çin və Cənubi Koreya liderləri ilə də görüşəcək.
XS
SM
MD
LG