Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:01

AŞ-nın Baş Katibi Azərbaycanın üzvlüyünə yenidən baxılmasını istisna etmir


Avropa Şurasının Baş katibi Turbyörn Yagland Azərbaycanın bu qurumda üzvlüyünün dayandırılması ehtimalını istisna etmir. O, gənc bloqqerlərin həbsi və Azərbayucanda söz azadlığının vəziyyətinə dair AzadliqRadiosu və “Turan” informasiya agentliyinə bu gün verdiyi müsahibəsində deyib ki, həqiqətən də Avropa Şurasının vəziyyəti dərhal dəyişmək, ona təsir etmək gücündə olan mexanizmləri yoxdur:

“Amma biz inanırıq ki, həm ümumilikdə, həm də misalçün elə bloqqerlərin işində Azərbaycanın AŞ-dakı üzvlüyünün faydası olacaq. Biz gərək səbrlə Azərbaycana təsirimizi davam etdirək. İnanırıq ki, Azərbaycanın AŞ-da olması bu ölkədəki müsbət proseslərin inkişafına kömək edəcək.

Əgər vəziyyət əks tərəfə inkişaf edərsə, təbii ki, ölkənin bu qurumdakı üzvlük məsələsi gündəliyə gətiriləcək, cünki Aş-a ancaq bu qurumun standartlarına və dəyərlərinə uyğun olan dövlətlər üzv ola bilər” – deyə baş katib bildirib.

(T.Yagland AzadlıqRadiosu və Turan informasiya agentliyinə verdiyi müsahibədə belə deyib. Musahibənin tam mətni tezliklə saytımızda yerləşdiriləcək.)
XS
SM
MD
LG