Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 14:34

Barak Obama Yaponiyaya gedib

ABŞ prezidenti Barak Obama Asiya ölkələrinə 9 günlük səfəri çərçivəsində ilk olaraq Yaponiyaya gedib.

Obamanın Yaponiyanın baş naziri Yukio Hatoyama ilə görüşüb, təhlükəsizlik məsələləri, iqlim dəyişikliyi və Çinin iqtisadi gücünün artmasını müzakirə edəcəklər.

Noyabrın 14-də ABŞ prezidenti Sinqapura regional liderlərin forumuna yollanmazdan əvvəl ABŞ-Asiya münasibətlərinə dair çıxış edəcək.

B. Obamanın Asiyaya səfəri Çin və Cənubi Koreya ilə başa çatacaq.
XS
SM
MD
LG