Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 12:05

Milli və Hacızadə «vicdan məhbusları» elan oldu


Amnesty İnternational təşkilatı Emin Milli və Adnan Hacızadəni «vicdan məhbusları» elan edib.

Təşkilatın Avropa və Mərkəzi Asiya proqramının direktoru Nikola Dukvors deyib ki, iki fəala qarşı ittihamlar saxta olub, bu ifadə azadlığını boğmağa və hökumətə qarşı tənqidlərinə cavab olub. Təşkilat Azərbaycan hökumətini gəncləri dərhal və şərtsiz azad etməli olduğunu bildirir.

Amnesty İnternational polis və məhkəmə orqanının bloqçuların işini obyektiv araşdırmamasından da narahat olduğunu bildirib.
XS
SM
MD
LG