Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 12:51

Azərbaycan rəsmilərini rüşvətlə ələ alana 1 il həbs

Manhetten məhkəməsində
Manhetten məhkəməsində
Azərbaycan rəsmilərini rüşvətlə ələ almaq planına görə iyul ayında cinayət məsuliyyətinə cəlb olunmuş «Dooney&Bourke» şirkətinin həmtəsisçisi Frederik Burk çərşənbə axşamı bir il bir gün müddətinə azadlıqdan məhrum edilib.

ABŞ-ın Manhetten məhkəməsinin hakimi Şira Şeyndlin 63 yaşlı Burku həm də 1 milyon dollar məbləğində cərimə edib.

Bundan əlavə, Frederik Burk həbs cəzasını bitirdikdən sonra üç illik şərti cəza çəkməli olacaq.

F.Burka qarşı cinayət işi 2005-ci ildə açılıb. O, Azərbaycan Dövlət Neft Şirkətinin özəlləşdirilməsi məqsədilə Azərbaycan rəhbərliyinə rüşvət vermək üçün çexiyalı Viktor Kojeni ilə əlbir olmaqda günahlandırılırdı.
XS
SM
MD
LG