Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:30

Şimali Koreya Cənubi Koreyanı hədələyib


Şimali Koreya bəyan edib ki, Cənubi Koreyanın onun gəmilərini atəşə tutması ona baha başa gələcək.

Bir neçə gün əvvəl Sarı dənizdə iki ölkənin hərbi gəmiləri arasında atışma baş verib. Bu, son 7 il ərzində ilk belə insidentdir. Atışma nəticəsində Şimali Koreya gəmisi böyük zədə alıb. Şimali Koreya gəmisindən bir zabitin həlak olduğu xəbər verilir.

Cənubi Koreyanın müdafiə naziri bildirib ki, Şimali Koreyanın cavab tədbiri görəcəyini gözləyir.

XS
SM
MD
LG