Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:36

«Dövlət Departamenti tezliklə bu məsələyə münasibətini bildirəcək»


ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson
Bloqqerlər barəsində məhkəmə hökmündən sonra ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson jurnalistlərə belə deyib.

«Biz bu işi yaxından izləmişik. Adnan və Emin kimi açıq danışan, söz azadlığından istifadə edən şəxslərə açılmış cinayət işindən çox narahat idik. Gəlin Dövlət Departamentinin rəsmi bəyanatını gözləyək, sonra danışarıq».

Məhkəmə Emin Millini 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edib.

Bloqqerlər bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG