Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:23

İlham Əliyev Belorusa gedir


İlham Əliyev və Aleksandr Lukaşenka, may 2007, Bakı
İlham Əliyev və Aleksandr Lukaşenka, may 2007, Bakı
Azərbaycan Prezidenti İlham Əliyev Belorusa rəsmi səfər eləyir. Belorus Xarici İşlər Nazirliyindən verilən məlumata görə, İlham Əliyev Minskə noyabrın 11-də çatacaq, 2 günlük səfər zamanı ikitərəfli münasibətlər müzakirə ediləcək.

İlham Əliyev Belorus Dövlət Universitetinin tələbələri və müəllim heyəti qarşısında çıxış edəcək.

Bu ilin ilk 8 ayı ərzində Azərbaycan və Belorus arasındakı ikitərəfli ticarət dövriyyəsi 71.5 milyon dollara çatıb. Bunun 92 faizi Belorusun Azərbaycana ixracı, cəmi 8 faizə yaxını Azərbaycandan idxal olub.

Azərbaycan ötən il MDB ölkələri arasında Belorusun xarici ticarət üzrə altıncı sıradakı tərəfdaşı olub. iki tərəf arasında ticari dövriyyəsi 2008-ci ildə 118 milyon dollara yaxın olub.

Ümumilikdə son 10 ildə Belorusun Azərbaycana ixracı 12 dəfə artıb.

Azərbaycan Belorusdan əsasən tikinti materialları idxal edir, traktorlar, yük maşınları, kənd təsərrüfatı avadanlığı istehsalı texnologiyasının alınması sahəsində də danışıqlar gedir.

Belorus insan haqları və demokratiya sahəsində götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə, uzun müddət ABŞ və Avropa Birliyinin sanksiyaları ilə üzləşib. Iqtisadi sanksiyalarla yanaşı, rəsmi Mİnsksə qoyulan qadağalar arasında ABŞ rəsmilərinin Avropanın son diktatoru adlandırdığı Aleksandr Lukaşenko və hökumət üzvlərinin, qohumlarının Avropa və ABŞ-a buraxılmaması da var idi.
XS
SM
MD
LG