Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 06:55

Azərbaycana 170 000 «donuz qripi» əleyhinə vaksin gətiriləcək.


Şair Qurbanov
Şair Qurbanov
Noyabrın sonunda Azərbaycana BMT xəttilə 170 000 «donuz qripi» əleyhinə vaksin gətiriləcək.

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov deyib. Onun sözlərinə görə, hava limanında temperatur sensorları müəyyənləşdirilib ki, onlar hərarəti yüksək olan sərnişinlərin müəyyənləşdirilməsinə yardımçı olub.

Ş.Qurbanovun fikrincə, ölkənin səhiyyə sistemi «donuz qripi»nin gəlişinə hazırdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, bu, belə deyil. Onun sözlərinə görə, təyyarədə paylanan sorğu vərəqəsində xəstə olduğunu qeyd edib, ünvan və telefonunu qoysa da, heç kim bununla maraqlanmayıb.

Şair Qurbanov sərhəd-keçid məntəqələrində karantin xidməti ilə Dövlət Gömrük Komitəsinin məşğul olduğunu deyib, şikayəti ora ünvanlamağı məsləhət gördü.

DİSKUSSİYANIN DAVAMINI SƏS FAYLINDA İZLƏYİN.
XS
SM
MD
LG