Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:57

Pakistan prezidenti korrupsiyada ittiham olunur


Pakistan prezidenti Asif Əli Zərdari korrupsiyada ittiham olunur.

Fransanın Liberation qəzetinin əldə etdiyi təhqiqat materiallarına görə, 1994-cü ildə Fransanın sualtı qayıqlarının Pakistan ordusuna satışından sonra pulun 4,3 milyon dolları Zərdariyə qaytarılıb.

Materiallara görə, əvvəlcədən danışılmış pulun hamısının verilməməsi Karaçı şəhərində 11 fransızın ölümünə səbəb olan partlayışa gətirdi.

Qəzet yazır ki, bu təhqiqat materialını Britaniya hakimiyyəti 2001-ci ildə Pakistanın Cavabdehlik Bürosu adlı dövlət orqanına göndərib.

Pakistan prezidenti Zərdari ömrünün bir neçə ilini korrupsiyaya görə həbsxanada keçirib.
XS
SM
MD
LG