Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:44

Sarkisyan əməkdaşlıqdan danışır


“Ermənistan öz qonşuları, o cümlədən Türkiyə ilə münasibətləri ilkin şərt qoyulmadan qurmaq istəyir”- bunu Yerevanda Macarıstan prezidenti Laslo Solyomla mətbuat konfransında Ermənistan prezidenti Serj Sarkisyan deyib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması arasındakı əlaqə haqda isə Sarkisyan deyib ki, regiondakı proseslər, uzunmüddətli sülh və sabitlik yalnız əməkdaşlıqda mümkündür.

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeganə mümkün format ATƏT-in Minsk qrupudur. Problemin həllində gücdən istifadə istisna olunur”- bunu isə Yerevanda NATO-nun baş katibinin Cənubi Qafqaz
üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib.

XS
SM
MD
LG