Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:48

Cənubi və Şimali Koreya arasında insident olub


Cənubi və Şimali Koreyanın hərbi gəmiləri arasında atışma olub. Cənubi Koreyanın hərbi rəsmiləri bildirib ki, nəticədə Şimalın gəmisi ciddi ziyan görüb və geri çəkilib.

Hadisə noyabrın 10-da səhər Sarı dənizdə baş verib.

Məlumatda deyilir ki, Şimali Koreyanın hərbi gəmisi iki ölkə arasında mübahisəli əraziyə keçib, bu səbəbdən Cənub tərəf atəş açıb. Şimali Koreya da cavabsız buraxmayıb.

Rəsmi Pxenyan insidentlə bağlı məlumat verməyib.
XS
SM
MD
LG