Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

Cənubi Osetiyada gürcü yeniyetmələri həbs ediblər


Cənubi Osetiya separatçı rejiminin rəsmiləri bu gün bildiriblər ki, qanunsuz olaraq sərhədi keçən 4 gürcü yeniyetməsini həbs ediblər. Məlumatda iddia olunur ki, 14-17 yaşlarında olan yeniyetmələr Tsxinvali yaxınlığında saxlanılıb və üzərlərində əl qumbaraları və başqa partlayıcılar olub.
Separatçı rejimin İnformasiya nazirliyinin internet saytında yeniyetmələrin şəkilləri də dərc edilib.

Avropa Birliyinin bölgədəki Monitorinq Missiyası faktla bağlı tərəflərlə mütəmadi əlaqə saxladığını bildirib və yeniyetmələrin taleyindən narahatlığını ifadə ediblər.
XS
SM
MD
LG