Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:03

Türkmənistanda donuz qripinə görə Həccə getmək qadağan olunub


Donuq Qripi epidemiyası təhlükəsiznə baxmayaraq 2 minə yaxın Qazaxıstan vətəndaşı Səudiyyə Ərəbistanına Həcc mərasiminə getməyi planlaşdırır. Qazaxıstan Müsəlmanları Ruhani İcmasından bildiriblər ki, Həccə gedənlərin hamısı məcburi olaraq donuq qripi əleyhinə peyvənd olunmalıdırlar. Amma Həcc ziyarətini təşkil edən turist agentlikləri ancaq adi qrip əleyhinə peyvənd kampaniyası aparıldığını deyir.

Qonşu Türkmənistanda donuz qripi üzündən hökumət vətəndaşlarına Həccə getməsini qadağan edib. Əvəzində türkmənlərə Məkkə və Mədinə yerinə Türkmənistann müqəddəs islam mədəniyyəti şəhərlərini ziyarət etmək tapşırılıb.

Tacikistan, Özbəkistan və Qırğızıstanda isə hərəsində 5 minə yaxın adamın bu il HƏcc ziyarətinə gedəcəyi və onların məcburi şəkildə donuz qripi əleyhinə peyvənd olunacağı açıqlanıb.
XS
SM
MD
LG