Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 00:42

Kolumbiya müharibəylə hədələyən qonşusundan BMT-yə şikayət edir


Kolumbiya BMT Təhlükəsizlik Şurasına Venesualanın müharibə hədələriylə bağlı şikayət eləyəcək. Kolumbiya Prezidenti Alvaro Uribe belə deyib.

Venesuela prezidenti Uqo Çaves ölkə televiyasıyla çıxışında ordunu Kolumbiyayla müharibəyə hazır olmağa çağırmışdı.

Kolumbiya ABŞ hərbçilərinə narkotik qaçaqmalçılarıyla mübarizə məqsədiylə hərbi bazalardan istifadə icazəsi verəndən sonra Venesuela bunu özünə qarşı təhlükə kimi qəbul edib, qonşu ölkəni müharibəylə hədələyir.
XS
SM
MD
LG