Keçid linkləri

Təcili xəbərlər
2022, 27 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:31

Berlin divarının dağıdılması təntənəylə qeyd olunur


Almaniyada Berlin divarının dağıdılmasının 20-ci ildönümü təntənəylə qeyd olunur.

Almaniyanın kansleri Angela Merkel dünya liderlərini Brandenburq qapılarında qarşılayıb. Bura Almaniyanın bölünməsinin rəmzi sayılıb.

Mərasimdə SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov, Polşada o vaxtkı Solidarnost hərəkatının lideri Lex Valensa, ABŞ-ın dövlət katibi Hillari Klinton, Britaniyanın baş naziri Qordon Braun, Fransa prezidenti Nikola Sarkozi və Rusiya prezidenti Dmitri Medvedyev iştirak edir.

1989-cu il noyabrın 9-u gecəsi bir neçə həftə davam edən mitinqlərdən sonra Şərqi Almaniyanın kommunist hakimiyyəti Qərbi Berlinlə Şərqi Berlini bir-birindən ayıran sərhəd qapılarının açmalı olmuşdu.

XS
SM
MD
LG