Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Yuşenko fövqəladə vəziyyətə ehtiyac görmür


Ukrayna prezidenti Viktor Yuşenko deyib ki, ölkədə fövqəladə vəziyyət elan olunmasına ehtiyac yoxdur. Prezidentliyə bəzi namizədlər qrip epidemiyası ilə bağlı ölkədə fövqəladə vəziyyət elan edilməsinin zəruri olduğunu bildirmişdilər.

Ukraynada fövqəladə vəziyyət elan olunsa, yanvar ayına təyin edilmiş prezident seçkiləri may ayına qədər təxirə salına bilər.

Səhiyyə Nazirliyinin məlumatına görə, Ukraynada qrip epidemiyasından 144 nəfər ölüb, on minlərlə insan isə xəstəxanalarda müalicə olunur. Ölənlərdən yalnız 14-nün donuz qripindən öldüyü təsdiqlənib.

XS
SM
MD
LG