Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:44

Qənimət Zahidin şikayəti təmin olunmadı


Bu gün Bakı Apelyasiya Məhkəməsi həbsdə olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin şikayətini təmin etməyib. Qənimət Zahid vaxtından əvvəl azadlığa buraxılmasını istəyirdi.

Baş redaktorun vəkili Elçin Sadıqovun verdiyi məlumata görə, məhkəmə Əzizbəyov rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qənimət Zahid 2007-ci ilin noyabrından həbsdədir. O xuliqanlıqda ittiham olunaraq 4 il azadlıqdan məhrum edilib. Beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları onun peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib azad olunmasını tələb edirlər.

Bu ilin sentyabrında Əzizbəyov rayon məhkəməsi baş redaktorun vaxtından əvvəl azadlığa buraxılmasıyla bağlı müraciətini rədd etmişdi.

XS
SM
MD
LG