Apelyasiya Məhkəməsində həbsdə olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin şikayətiylə bağlı məhkəmə prosesi başlayıb. O vaxtından əvvəl azadlığa buraxılmasını istəyir.
Baş redaktorun vəkili Elçin Sadıqovun verdiyi məlumata görə, Qənimət Zahid özü məhkəmədə iştirak etməyəcək. Hakim bu haqda vəsatəti təmin etməyib.
Qənimət Zahid 2007-ci ilin noyabrından həbsdədir. O xuliqanlıqda ittiham olunaraq 4 il azadlıqdan məhrum edilib. Beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları onun peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib azad olunmasını tələb edirlər.
Bu ilin sentyabrında Əzizbəyov rayon məhkəməsi baş redaktorun vaxtından əvvəl azadlığa buraxılmasıyla bağlı müraciətini rədd etmişdi.