Keçid linkləri

2025, 25 İyun, çərşənbə, Bakı vaxtı 08:26

Zərdab sakinində H1N1 virusu aşkar edilməyib


Bu gün "donuz qripi" simptomları ilə Zərdab Rayon Xəstəxanasına yerləşdirilən 44 yaşlı rayon sakininin analizinin nəticələri açıqlanıb.

Ağciyər Xəstəlikləri İnstitutu rayon sakinində H1N1 virusunun olmadığını müəyyən edib.

Xatırladaq ki, Rusiyanın Novorossiysk şəhərində yaşayan bu şəxs Ukraynaya gedib və orada qaldıqdan bir müddət sonra noyabrın 5-də Azərbaycana qayıdıb.

Onda yüksək hərarət müşahidə olunduğundan dərhal xəstəxanaya götürülüb.

İndiyədək Azərbaycanda bu virusa 3 nəfər yoluxub.
XS
SM
MD
LG