Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:40

Nümayəndələr palatası səhiyyədə islahatları qəbul edib


ABŞ Konqresinin nümayəndələr palatası səhiyyə sistemində islahatlar aparılmasıyla bağlı prezident Barak Obamanın təqdim etdiyi qanun layihəsini dəstəkləyib.

Dünən keçirilmiş səsvermədə deputatlardan 220-si sənədin lehinə, 215-i isə əleyhinə çıxıb.

Sənəd Senatdan da keçməlidir.

Son 40 il ərzində ölkənin səhiyyə sistemində ən böyük islahatlar nəzərdə tutan qanun layihəsində tibbi xidmətlərin ucuzlaşdırılması və təxminən tibbi sığortası olmayan 36 milyon amerikalının sığorta olunması nəzərdə tutulur.
XS
SM
MD
LG