Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:31

Türkiyə Sudan prezidentini tutmaq fikrində deyil


Türkiyə bəyan edib ki, Sudan prezidenti Ömər Həsən əl Bəşiri həbs etmək fikrində deyil.

Prezident Ömər Həsən əl Bəşir Darfurda törədilmiş kütləvi qırğınlar və hərbi cinayətlərə görə beynəlxalq axtarışdadır.

İslam Konfransı Təşkilatı ölkələrinin İstanbulda keçirilən toplantısında onun da iştirakı gözlənilir.

Avropa Birliyi Türkiyənin bu qərara yenidən baxmasını təkid etsə də Ankara bunu etməyib.

İslam Konfransı Təşkilatının türkiyəli baş katibi Ekmeleddin İhsanoğlu deyib ki, əl Bəşir ölkəyə hökumətin dəvəti ilə yox, İslam Təşkilatı Konfransına daxil olan ölkənin nümayəndəsi kimi gəlir.


XS
SM
MD
LG