Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 01:10

Daha bir nəfərin «donuz qripi»nə tutulması ehtimal olunur


Zərdab rayonunda 44 yaşlı adı açıqlanmayan şəxs donuz qripi simptomları ilə rayon xəstəxanasına yerləşdirilib. Rusiyanın Novorossiysk şəhərində yaşayan şəxs Ukraynaya gedib və orada qaldıqdan bir müddət sonra noyabrın 5-də Azərbaycanın Zərdab rayonuna qayıdıb.

Yüksək hərarətlə Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şəxsdən qan analizləri götürülərək Bakıdakı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib.

Zərdab Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstənin vəziyyəti normaldır.
XS
SM
MD
LG