Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 09:05

Şimon Peres Mahmud Abbası hakimiyyətdə qalmağa çağırıb


İsrail prezidenti Şimon Peres Fələstin Muxtar ərazilərinin rəhbəri Mahmud Abbası qərarına yenidən baxmağa və yanvarda keçiriləcək seçkilərdə ikinci müddət uğrunda mübarizə aparmağa çağırıb.

Şimon Peres Tel-Əvivdə çıxış edərkən deyib ki, Mahmud Abbas 1993-cü ildə Fələstin ərazilərinə müxtariyyət verən Oslo razılaşmasına imza atan şəxslərdən biridir.

O Mahmud Abbası hakimiyyətdə qalmağa və İsraillə dialoqa getməyə çağırıb.

Fələstin prezidenti Mahmud Abbas yanvarın 24-ə təyin edilmiş seçkilərdə iştirakdan imtina edib və bunun səbəbini Yaxın Şərq sülh prossesində irəliləyişin olmamasıyla izah edib.
XS
SM
MD
LG