Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:23

Cənub bölgəsində vərəmə yoluxanların sayı artır


Vərəmə yoluxanların sayı bu il 13 nəfər də artıb
Vərəmə yoluxanların sayı bu il 13 nəfər də artıb
Təkcə Lənkəranda bu xəstəliyə 1604 nəfər yoluxub. Bunun da 390 nəfəri fəal vərəm xəstəsidir.

Bu barədə Lənkəran Rayonlararası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Nurəddin Qurbanov məlumat verib.

Vərəmə yoluxanların sayı bu il 13 nəfər də artıb.

Ötən il də vəziyyət yaxşı olmayıb. Ümumilikdə ötən il dispanserə 250 nəfər müraciət edib. Müraciət edənlərin 186 nəfərində vərəm xəstəliyi aşkarlanıb. Onlardan 35 nəfəri Astara, 18-i Lerik, 10-u Masallı, 7-si Cəlilabad, 5-i isə Lerik rayonunun payına düşür.

Masallı rayonu Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Əzizulla Əliyev isə «Azadlıq» radiosuna bildirib ki, rayonda ötən ilə nisbətən vərəmə yoluxanların sayı azalıb.

Rəsmi məlumatlara əsasən, Azərbaycanda 8 mindən çox vərəm xəstəsi var. 2008-2012-ci illər üçün «Azərbaycan Respublikasının Milli Vərəm Proqramı» da qəbul edilib.

«Cənub Xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov deyir ki, proqrama əsasən onlar müntəzəm olaraq bu barədə qəzetdə məlumatlar yerləşdirirlər, eyni zamanda araşdırmalar aparılır:

«Araşdırmalar göstərir ki, vərəmə yoluxma halları artır. Statistikanın verdiyi rəqəm həqiqəti əks etdirmir. 200 min əhalisi olan Lənkəranda 2000-ə yaxın vərəm xəstəsi varsa, hər birinin 160-170 min əhalisi olan Masallı və Cəlilabadda vərəmə yoluxanların sayı 1000-dən yuxarı olmalıdır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG