Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 14:55

İraq Bağdaddakı partlayışlarla bağlı istintaq aparmağa çağırıb


İraqın xarici işlər naziri Hoşyar Zebari BMT-ni bu yaxınlarda Bağdadda törədilmiş terror aktlarıyla bağlı istintaq aparmağa çağırıb.

Zebarinin təşkilatın baş katibi Ban Ki Muna göndərdiyi məktubda deyilir ki, hücumu törədənlər hakimiyyətin işini iflic etmək, ölkədə demokratik islahatlar aparılmasını əngəlləmək istəyirlər.

Hakim dairələr hesab edir ki, bu terror aktının arxasında Əl Kaidə və keçmiş Bəəs partiyasının tərəfdarları durur.

Təkcə avqust və oktyabrda Bağdadda törədilmiş terror aktlarında 250-dən çox adam ölüb.
XS
SM
MD
LG