Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:37

Ukraynada prezident seçkisinin vaxtı dəyişdirilə bilər


Ukrayna prezidenti Viktor Yuşenko yanvara planlaşdırılan prezident seçkisinin təxirə salınması ehtimalının olduğunu bildirir. O, səbəb kimi də ölkədə yayılan “donuz qripi”ni göstərib.

Bu barədə məlumatl bu gün Yuşenkonun katibliyindən İhor Popov yayıb. O, bildirib ki, hökumət epidemiyaya nəzarətə ələ ala bilməsə, seçki may ayına qədər təxirə salına bilər.

Ukrayna səhiyyə rəsmilərinin məlumatına görə ölkədə qrip epidemiyasından 109 adam həlak olub. Onlardan da yalnız 14 nəfəri “donuz qripi”nə tutulmuş adamlarla ünsiyyətdə olub.

Səhiyyə Nazirliyi ölkə üzrə ümumilikdə 763 000 adamın qrip və başqa yoluxucu xəstəlikdən əziyyət bildirir.
XS
SM
MD
LG