Britaniya bundan sonra da Əfqanıstanda hərbi əməliyyatlarda iştirak etməkdən imtina etməyəcək. Bu haqda bu gün Britaniyanın baş naziri Qordon Braun Əfqanıstanla bağlı nitqində bildirib.
Ötən həftə Əfqanıstanda 7 Britaniya əsgəri həlak olub. Ölkədə aparılan rəy sorğuları Britaniyanın Əfqanıstandakı hərbi missiyasına ictimai dəstəyin getdikcə azaldığını göstərir.