Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 22:26

Allahşükür Paşazadənin ad günü geniş tədbirlərlə qeyd olunur


Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin 60 illik yubileyi ilə bağlı Bakıda “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” beynəlxalq konfrans işinə başıayır.

Tədbir günorta saat 2-də “Gülüstan” sarayında başlayacaq və noyabrın 7-də “Təzə Pir” məscid kompleksinin böyük zalında davam edəcək.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Allahşükür Paşazadənin ad günüylə bağlı Bakıya dünya dinlərinin, tədbirə dəvəti qəbul edən dövlətlərin rəsmi təmsilçilərinin 150-yə yaxın nümayəndə heyəti gəlib.

Qonaqlar arasında Moskva və Bütün Rusiya patriarxı, Minsk mitropoliti, Roma katolok kilsəsinin nümayəndələri, Orta Asiyanın və Rusiyanın islam dini rəhbərləri, İslam Konfransı Təşkilatının (İKT) baş katibi İkmələddin Ehsanoğlu, ərəb dünyasının dini rəhbərləri və dövlət təmsilçiləri var.

XS
SM
MD
LG