Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:12

«General Motors»un qərarını dəyişməsi qəzəb və təəccüb doğurub


OPEL - «General Motors»un strateji qanadıdır
OPEL - «General Motors»un strateji qanadıdır
ABŞ-ın avtomobil nəhəngi «General Motors»un son anda qərarını dəyişməsi Almaniyanı qəzəbləndirib. «General Motors» Avropadakı biznesini - OPEL-i satmaqdan vaz keçib.

OPEL-İN SATIŞI İŞ YERLƏRİNİN İXTİSARININ QARŞISINI ALACAQDI

Almaniya hökuməti isə ümid edirdi ki, OPEL-in satışı ölkədə iş yerlərinin ixtisarının qarşısını alacaq.

OPEL - «General Motors»un strateji qanadıdır və özünün xilas olması üçün onu qurban verməyə hazırlaşırdı. Bir neçə ay idi ki, bu şirkəti əldə etmək üçün müştərilərlə danışıqlar gedirdi.

Avtomobil ekspertləri hesab edirlər ki, OPEL-in Avropada fəaliyyəti «General Motors»un ABŞ, həmçinin Asiya və Cənubi Amerika bazarları üçün mühüm əhəmiyyəti var.

Bununla belə, OPEL-də çalışanlar və Almaniya hökuməti, onun Kanada-Avstriya avtomobil hissələri istehsalçısı «Maqna İnternational» və Rusiyanın «Sberbank»ına satılmasının tərəfdarı idi. Hesab olunurdu ki, bu satış iş yerlərinin qorunmasına və Rusiya bazarına daxil olmağa imkan verəcək.

«GENERAL MOTORS»UN HƏRƏKƏTLƏRİ BAŞ NAZİRİ ƏSƏBLƏŞDİRİB

«General Motors»un Avropadakı qanadlarına OPEL və «Vauxhall» daxildir.

OPEL-in Almaniyada əsas mərkəzi Hessinq federal ərazisində yerləşir. Regionun baş naziri Rolan Kox deyib ki, «General Motors»un hərəkətləri onları əsəbləşdirib.

Almaniyanın yeni İqtisadiyyat naziri Rayner Bryuderle isə bildirib ki, o, «General Motors»dan 1.5 milyard avronu geri qaytarmağı tələb edəcək. Bu pulu Berlin «General Motors»a şirkət yenidən qurulanadək müflis olmaması üçün vermişdi. «Biz vergi ödəyicilərinin pullarını geri tələb edəcəyik» deyən nazir şirkətin qərarını «tamamilə qəbuledilməz» adlandırıb. Bununla belə, deyib ki, şirkətin hökumətdən yeni maliyyə almaq hüququ var.

ŞİRKƏTİ DİRÇƏLTMƏK PLANI


«General Motors»un yenidən qurulması üçün əlavə 1.5 milyard avroya ehtiyacı ola bilər. Vəsaiti şirkət Avropa dövlətlərindən almağa ümidlidir. Almaniyadan başqa OPEL zavodları Britaniya, İspaniya və Belçikada da var.

Noyabrın 4-də «General Motors»un icraçı direktoru Fritz Henderson bildirib ki, şirkəti dirçəltmək planını tezliklə Avropa dövlətlərinə təqdim edə bilər. Plana zavodların bağlanması və 10 min iş yerinin ixtisar edilməsi də daxil edilə bilər.

«Genral Motors» OPEL-i satmağa yazda qərar vermişdi, həmin vaxt o, müflis olmaq astanasında idi. Şirkət rəhbərliyi digər müştəriləri arasından «Maqna»ya üstünlük vermişdi.

RUSİYANIN PLANLARI ALT-ÜST OLUB

«General Motors»un korporativ planlaşdırma və alyansın vitse-prezidenti Con Smith deyib ki, OPEL-i satmaq istəməmələrinə görə bugükü reaksiyalar başa düşüləndir.

Bu arada avtomobil nəhənginin son anda qərarını dəyişməsi Rusiyanın da planlarını alt-üst edib. Rusiyanın dövlət bankı «Sberbank»ın OPEL-in səhmlərini alandan sonra onu yerli şirkətə satacağı gözlənilirdi.

Baş nazir Vladimir Putinin sözçüsü Dmitri Peskov şirkətin satışdan vaz keçməsinin Rusiya üçün sürpriz olduğunu deyib.

ABŞ-ın avtomobil nəhəngi Avropada maşın satışına görə 4-cüdür - «Volkswagen», «PSA Peugeot» və «Citroen and Ford Motors»dan sonra.
XS
SM
MD
LG